Mar
2017
18:20
253
63
12429
Virtual karabakh

Azərbaycanlı milyarderin sərvəti açıqlandı

2 Mar, 2017
18:20
12429

Azərbaycanlı milyarderin sərvəti açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyanın ən varlı adamlarının adları açıqlanıb. 

Oxu.Az Fins.az-a istinadla xəbər verir ki, siyahıda Rusiyanın “Lukoil” neft şirkətinin azərbaycanlı prezidenti Vahid Ələkbərovun da adı var. Dünyanın 104-cü varlı adamı olan V.Ələkbərov 11,4 milyard dollar sərvətə sahibdir.

Xatırladaq ki, o, 1993-cü ildən “Lukoil”un prezidentidir. Şirkət rəhbəri 1950-ci ildə Bakıda anadan olub.

Bloomberg.com-un açıqladığı milyarderlər siyahısına Bill Qeyts (“Microsoft” kompaniyası) başçılıq edir. Onun 85,2 milyard dollarlıq sərvəti var.

İkinci yerdə 77,2 milyard dollar vəsaiti olan Uorren Baffet, üçüncü 73,1 milyard dollar vəsaitlə Ceff Bezos, dördüncü 68,5 milyard dollarlıq varidatla Amansio Orteqa dayanır.

Reytinq cədvəlinin beşinci pilləsində 58,5 milyard dolar varidatı olan “Facebook” sosial şəbəkəsinin banisi Mark Zukerberq durur.

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri