13 
Mar
2017
16:47
11
86
3005
Virtual karabakh

Bağlanan bankın taleyinə dair yekun qərar veriləcək

13 Mar, 2017
16:47
3005

Bağlanan bankın taleyinə dair yekun qərar veriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Martın 15-də Ali Məhkəmədə ötən ilin yanvar ayında lisenziyası Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən ləğv edilmiş “United Credit Bank” ASC-nin (UCB) bazarı tərk edib-etməməsi ilə bağlı iclas keçiriləcək.

Oxu.Az Report-a istinadən xəbər verir ki, işə hakim Azər Hüseynovun sədrliyi ilə baxılacaq. Bank məhkəmədə AMB-nin səlahiyyətlərinin bir qisminin ötürüldüyü Maliyyə Bazarlarına Nəzarət Palatası ilə üz-üzə gələcək.

Qeyd edək ki, ötən ilin fevral ayında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi UCB-ni müflis elan edərək “Azerbaijan International Legal Company” MMC-ni Bankın ləğvedicisi təyin edib. Bununla belə, məcburi ləğvetmə prosesinə başlanılmayıb.

Çünki UCB məhkəmə qərarı ilə razılaşmayaraq qərardan apellyasiya şikayəti verib. Amma Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı qərarı qüvvədə saxlayıb. Bundan sonra isə UCB-nin sahibləri Ali Məhkəməyə üz tutublar.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri