16 
Mar
2017
19:19
45
231
1952
Virtual karabakh

Azərbaycanda qızıl hasilatı 32% azalıb

16 Mar, 2017
19:19
1952

Azərbaycanda qızıl hasilatı 32% azalıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda bu ilin yanvar-fevral ayında 181,2 kq qızıl hasil olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 32,1% azdır.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata əsasən, cari il martın 1-nə 17,1 kq hazır məhsul ehtiyatı yaranıb.

Ggümüş hasilatında isə artım qeydə alınıb. Belə ki, hesabat dövründə ölkədə gümüş istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,5% artaraq 42,0 kq təşkil edib. Martın 1-nə hazır məhsul ehtiyatı 5,3 kq olub.

Qeyd edək ki,Azərbaycanda qızıl və gümüş 1997-ci il avqustun 21-də imzalanmış PSA (Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasil olunur. İlk qızıl hasilatına (“Gədəbəy” yatağında) 2009-cu ildə başlanılıb.

A.M.

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri