16 
Mar
2017
18:45
145
51
5600
Virtual karabakh

“Şahdəniz 2” platformalarının ikinci dayaq bloku dənizə yola salındı – FOTO

16 Mar, 2017
18:45
5600

“Şahdəniz 2” platformalarının ikinci dayaq bloku dənizə yola salındı – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Şahdəniz” konsorsiumu elan edir ki, “Şahdəniz Mərhələ 2” platformalarının ikinci dayaq bloku dənizə yola salınıb.

Oxu.Az-a BP-Azerbaijan-dan verilən məlumata görə, Yaşayış Blokları və Texnoloji Təchizat (YBTT) platformasının dayaq bloku qrafiki qabaqlayaraq 15 mart tarixində Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodundan (BDÖZ) Xəzər dənizindəki Şahdəniz müqavilə sahəsinə yola salınıb.

Dayaq bloku konstruksiyasının daşınması, suya endirilməsi, yerləşdirilməsi, payaların üzərinə quraşdırılması və yekun tamamlanma işlərinin hava şəraitindən asılı olaraq təxminən 75 gün davam edəcəyi gözlənilir.

Dayaq blokunun tikintisi qrafiki qabaqlayaraq 20 fevral 2017-ci il tarixində tamamlanıb və sonra uğurla BDÖZ-dəki yanalma körpüsündə STB-1 daşıma barjına yüklənib.

“BOS Shelf”, “Star Gulf” və “Saipem” konsorsiumu tərəfindən inşa edilmişbu dayaq bloku yerli tikinti-quraşdırma infrastrukturundan və qurğularından istifadə olunmaqla bütövlüklə ölkə daxilində BDÖZ-də inşa edilib.

Tikinti işlərinə subpodratçılar və ixtisaslaşmış təchizatçılar daxil olmaqla 2000 nəfər işçi cəlb edilmişdi. Bu işçi qüvvəsinin təxminən 90%-i Azərbaycan vətəndaşları olub.

İkinci dayaq blokunun çəkisi təxminən 12084 ton,hündürlüyü isə 105 metrdir. Dayaq blokunun 31 J-formalı borusu, 7 xidməti kessonu və 3 J-formalı boru kessonu var. Dayaq bloku suyun 95 metr dərinliyində quraşdırılacaq.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri