16 
Mar
2017
18:29
15
76
1569
Virtual karabakh

Sahib Ələkbərov QHT və e-ticarət ilə bağlı məsələlərə aydınlıq gətirdi

Vergilər nazirinin müavini Sahib Ələkbərov onlayn alış-veriş saytlarına təzyiqlər edilməsi və əlavə vergilərə cəlb olunması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Oxu.Az xəbər verir ki, S.Ələkbərov Ölkə.Az açıqlamasında deyib ki, bu cür xəbərlər doğru deyil: 

“Nazir Fazil Məmmədov da Vergi Forumunda çıxışı zamanı bildirib ki, yanaşma eyni olmalıdır. Elektron saytlarla ticarət aparanlara ayrı, digərlərinə isə ayrı yanaşma olmalı deyil. 
Vergi hamıya eyni cür tətbiq olunur.

Burada dərəcələr fərqli ola bilər, amma yanaşma eyni olmalıdır. Ona görə də, bu məsələ ilə bağlı heç bir problem ola bilməz”.

Nazir müavini Vergi Məcəlləsinə edilən son dəyişikliklərin bəzi QHT-lərin bank əməliyyatları zamanı narazılığına səbəb olması məsələsinə də toxunub. 

S.Ələkbərov qeyd edib ki, bu məsələ konkret araşdırma tələb edir:

“Məsələni ancaq konkret araşdırmaq lazımdır. Bununla bağlı kimin problemi varsa, gəlsin birlikdə araşdıraq. Onları şəxsən özüm qəbul edəcəm”.

U.A.
www.oxu.az

Digər İqtisadiyyat xəbərləri