16 
Mar
2017
16:35
27
109
1791
Virtual karabakh

“DəmirBank” növbəti dəfə lider bank seçilib

16 Mar, 2017
16:35
1791

“DəmirBank” növbəti dəfə lider bank seçilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“DəmirBank” növbəti dəfə “Təmassız ödəniş kartları üzrə lider bank” və Təmassız POS-terminal infrastrukturu üzrə lider bank” nöminasiyaları üzrə Mərkəzi Bank tərəfindən birinci yerə layiq görülmüşdür. 

Təmassız ödənişlər sahəsində artıq iki il liderliyini qoruyan “DəmirBank” plastik kartlar bazarında ilk banklardan biri olaraq 2015-ci ilin 3-cü rübündə təmassız kartlar layihəsini reallaşdıraraq müştərilərinə təqdim etmişdir.

Eyni zamanda təmassız ödəniş kart əməliyyatlarını həyata keçirməyə imkan verən POS-terminallar infrastrukturunun genişləndirilməsi istiqamətində də işlərə başlanılmışdı. 

Müxtəlif sahələr üzrə innovativ yeniliklərə açıq olan “DəmirBank” hər zaman plastik kart biznesinin inkişafına önəm vermişdir.

Buna sübüt bankın ölkədə kart emissiya edən ilk banklardan biri olmasıdır. Həmçinin nağdsız ödənişlərin inkişafı məqsədilə cari bank sistemində bir sıra köklü yeniliklər həyata keçirilmiş, nəticədə yeni plastik kart proqram təminatı tətbiq olunmuşdur.

Yeni proqrama keçid funksionallığı ilə seçilən məhsulların yaradılmasına və bir çox əməliyyatların (kart məhsullarının yaradılması, çap edilməsi və s.) 3-cü tərəf təşkilatın vasitəçiliyi olmadan həyata keçirməyə imkan verir. 

Texnoloji yeniliklərin tətbiqinə əhəmiyyət verən “DəmirBank” gələcəkdə də nağdsız ödənişlərin inkişafı istiqamətində görülən işləri davam etdirməyi planlaşdırır. 

Bankla əlaqə saxlamaq üçün:
Məlumat Mərkəzi: (012) 149 
http://www.demirbank.az
www.facebook.com/demirbank.az

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri