17 
Mar
2017
09:55
15
202
1526
Virtual karabakh

Bəzi şirkətlər məhsullarda istehsal tarixini göstərmir – VİDEO

17 Mar, 2017
09:55
1526

Bəzi şirkətlər məhsullarda istehsal tarixini göstərmir – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əvvəllər məhsul alarkən çox insan onun üzərindəki istehsal və son istifadə tarixinə baxmazdı. İndi isə əksinə, insanlar məhsulun yararlılıq müddətinə baxmamış heç nə almır. 

Oxu.Az Xəzər Xəbər-ə istinadən məlumat verir ki, bəzi şirkətlər istehsal etdiyi məhsulun üzərinə ya istehsal tarixi və saxlanma müddəti haqda məlumatı qeyd etmir, yaxud da bu məlumat elə yazılır ki, heç oxumaq da olmur. 

Belə şirkətlərə qarşı hansı cəzalar nəzərdə tutulur, indi öyrənəcəksiniz.

Heç bir rəqəmə oxşamır, bilmirsən ki, neçədir. Məhsulda istehsal tarixi var, amma son istifadə müddəti yazılmayıb. Bir çox məhsulların üzərində yararlılıq tarixi haqda məlumatlar elə qeyd olunur ki, onları oxumaq mümkün deyil. Bəzi məhsullarda isə istehsal tarixi haqda, ümumiyyətlə, məlumat yoxdur.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən bildirdilər ki, yararlılıq istehsal və son istifadə tarixi haqda məlumatların yerləşdirilməsinin də standartları var.

Məlumatların belə yerləşdirilməsi müştərinin məhsul haqda məlumat almaq hüququnun pozulması deməkdir və İnzibatı Xətalar Məcəlləsinin 453-cü maddəsinə görə istehsalçını 200 manata qədər cərimə gözləyir.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri