17 
Mar
2017
10:01
10
228
2597
Virtual karabakh

İşsizliyə görə müavinətin orta məbləği azalıb

17 Mar, 2017
10:01
2597

İşsizliyə görə müavinətin orta məbləği azalıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2017-ci il martın 1-i vəziyyətinə görə ilkin məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 5 milyon 14,5 min nəfər olub, onlardan 4 milyon 761,7 min nəfərini məşğul əhali təşkil edib.

Dövlət Statistika Komitəsindən Oxu.Az-a verilən məlumata görə, cari il fevralın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1 milyon 510,4 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 883 min nəfər, qeyri-dövlət sektorunda isə 627,4 min nəfər təşkil edib. 

İqtisadiyyatın neft sektorunda 34,7 min nəfər, qeyri-neft sektorunda isə 1 milyon 475,7 min nəfər çalışıb.

2017-ci ilin yanvar ayında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 146 saat təşkil edib.

2017-ci il mart ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 35,1 min nəfər olub, onların 37,7%-ni qadınlar təşkil edib. 

İşsizliyə görə müavinətin orta məbləği 266,7 manat olub. Qeyd edək ki, fevral ayının 1-nə işsizliyə görə müavinətin orta məbləği 270,3 manat olub.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri