17 
Mar
2017
12:35
15
246
1737
Virtual karabakh

Azərbaycanda gömrük rüsumlarının artımı gözlənilir?

“Azərbaycanda yeni yaradılmış istehsal sahələrinin inkişafı və genişləndirilməsi, son məhsul istehsalının artırılması və xarici bazarlara çıxışa əlverişli şəraitin yaradılması, həmçinin daxili bazarın qorunmasını təmin etmək məqsədilə tətbiq edilən gömrük tariflərinin təkmilləşdirilməsi zərurəti nəzərə alınır.

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Nazirlər Kabinetinin 12 aprel 2001-ci il tarixli, 80 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinin 23 sentyabr 2016-cı il tarixli, 367 nömrəli qərarına əsasən, yerli istehsal sahələrini, əsasən kənd təsərrüfatı məhsulları, emal və tikinti materialları sənayesini qorumaq məqsədilə bir sıra mal mövqeləri üzrə idxal rüsumları artırılıb”.

Oxu.Az xəbər verir ki, bu barədə Trend-ə müsahibəsində Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib. 

“Ümumdünya Gömrük Təşkilatı tərəfindən qəbul edilmiş Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonik Sistemin 2017-ci il variantı əsasında, Dövlət Gömrük Komitəsi tərəfindən hazırlanmış Azərbaycan Respublikasının Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturası, “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri” və “Azərbaycan Respublikasından ixrac zamanı ixrac gömrük rüsumuna cəlb olunan malların siyahısı və ixrac rüsumlarının dərəcələri” layihələri təsdiq edilmək üçün Nazirlər Kabinetinə təqdim edilib.

Yeni yaradılmış istehsal sahələrini qorumaq məqsədilə aidiyyəti mərkəzi icra orqanları tərəfindən təhlillərə əsaslanan bu layihələr təsdiq olunduğu təqdirdə, Azərbaycanda tətbiq edilən idxal gömrük rüsum dərəcələrinin təkmilləşdirilməsi prosesi 2017-ci ildə də rəy və təkliflər bildirilməklə həyata keçirilə bilər”, - deyə A.Əliyev qeyd edib. 

U.A.
www.oxu.az