17 
Mar
2017
10:54
41
168
6133
Virtual karabakh

Bəzi banklarda dollar bahalaşıb

Bu gün Azərbaycan kommersiya bankları yenidən dolların məzənnəsinə dəyişiklik edib. 

Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, dünən axşamın göstəriciləri ilə müqayisədə banklar əks istiqamətdə dolları müəyyən ediblər.

Belə ki, “Amrahbank” və “PAŞA Bank” dolların alış və satışını bahalaşdırıb. “PAŞA Bank” ABŞ valyutasının alışını 1,6750 manatdan 1,6850 manatadək, satışını isə 1,7350 manatdan 1,7500 manatadək qaldırıb.

“Amrahbank”da dolların alışını 1,6700 manatdan 1,6900 manatadək, satışını isə 1,7100 manatdan 1,7300 manatadək bahalaşdırıb.

“Yapı Kredi Bank” Azərbaycanda isə yalnız dolların satışı bahalaşıb. İndi bu bank ABŞ valyutasını 1,7500 manata satır. Dünən isə bu məzənnə 1,7400 manat idi. 

Buna baxmayaraq “Caspian Development Bank”, “Azər Türk Bank” dolların alış-satış kursunu ucuzlaşdırıb.

“Caspian Development Bank” ABŞ valyutasının alışını 1,6700 manatdan 1,6550 manata, satışını isə 1,7500 manatdan 1,7400 manata endirib. 

“Azər Türk Bank” da dolların alışını 1,6750 manatdan 1,6700 manata, satışını isə 1,7350 manatdan 1,7250 manata endirib. 

U.A.
www.oxu.az