18 
Mar
2017
09:54
14
335
8273
Virtual karabakh

Bayram ərəfəsində bazarda qiymətlər – FOTO

18 Mar, 2017
09:54
8273

Bayram ərəfəsində bazarda qiymətlər – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oxu.Az-ın əməkdaşı Novruz bayramı ərəfəsində bazardakı qiymətlər ilə tanış olub. 

Bazarda mal ətinin 1 kiloqramı alıcılara sümüklü 8,50, sümüksüz 10,50, quş əti 4, qoyun əti isə 8 manata təklif olunur. 

Bayramda əsas tələb olunan məhsullar sırasında, şübhəsiz ki, qoz, fındıq və s. yer alır. 
Belə ki, bazarda qozun 1 kiloqramı 8, qoz ləpəsi 15-20, fındıq 7, iydə 6, qayısı 10-15,20 manat, sarı kişmiş 7, qara kişmiş isə 10-15 manat, xurma qurusu 5 manata satılır. 

Bazarda tərəvəzlərin 1 kiloqramının qiyməti isə 1,50 manatdan başlayır. Maksimum qiymət isə 7 manatdır.

Belə ki, kartof bazarda 1,50, soğan 1-1,50, pomidor 6, xiyar isə 7 manatdan alıcılara təklif olunur. Kökün qiyməti isə 1,50-2 manatdır. 

Meyvələrin qiyməti isə 1,50- 5 manat arasında dəyişir:

“Almanın 1 kiloqramı 1,50-3 manat, portağal 2-3 manat, üzüm 5 manat, armud isə 4-5 manata satılır”.

Bayram süfrəsinin əsas atributlarından olan səməninin qiyməti isə 1,50-2 manat təşkil edir.

Qeyd edək ki, yazı Təzə, Nəsimi və Keşlə bazarında aparılan monitorinqlər nəticəsində hazırlanıb. 

İsmayıl Nur

Ülviyyə R.Əli
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri