17 
Mar
2017
14:45
580
30
4110
Virtual karabakh

Siyavuş Novruzov: Banklar vətəndaşları soyur

“Azərbaycan prezidentinin təşəbbüsü ilə hazırlanan “Strateji yol xəritəsi”nin mərhələli şəkildə həyata keçirilməsi, regionların sosial-iqtisadi inkişafı, abadlıq-quruculuq işlərini və digərlərini nəzərə alsaq, ötən il hökumətin gərgin dövrdə yüksək fəaliyyət göstərdiyini deyə bilərik. 

Hesab edirəm ki, bu fəaliyyət gələcəkdə də davam edəcək. Bəzən müəyyən məsələləri başqa-başqa ölkələrlə müqayisə edirlər. 

İstər nefti olan, istər olmayan ölkələrə nəzər salsaq, orada da qiymət artımının olduğunu, eləcə də valyuta dəyişməsindəki fərqləri görərik. Çin, Rusiya, Türkiyədə də belə hallar var”.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib.

S.Novruzov bununla belə, ölkədə süni qiymət artımına da etiraz edib: “Qiymətlərin süni şəkildə artırılmasının qarşısı alınmalıdır”.

O təklif edib ki, kommersiya banklarının yerli sahibkarlığın inkişafı ilə bağlı kreditləri yüksək faizlə verməsinin qarşısı alınsın: “Belə olmasa, kredit alan hansısa sahibkar heç bir bizneslə məşğul ola bilməz.

Banklar dollarla depoziti vətəndaşdan 3%-ə götürürsə, digər vətəndaşa 24%-ə verir. Belə olan halda, bir vətəndaşdan 21% gəlir götürülür. Bu faizə kredit götürən vətəndaş onu qaytarmaq məqsədilə götürmür.

Məlumdur ki, həmin krediti qaytara bilməyəcək və bunu etmək mümkün də deyil. Bu baxımdan Mərkəzi Bank bu məsələlərə ciddi nəzarət etməli və hesablanmalıdır ki, hansı əsasa görə vətəndaşlara belə yüksək faizlə kredit verilir. 

Banklar vətəndaşların düşdüyü vəziyyətdən istifadə edərək onları soyur, onları hüquq-mühafizə orqanları qarşısında asılı vəziyyətə salır. Bu məsələlər ölçülüb-biçilməli, dünya praktikasından istifadə olunmalıdır.

Kimin ağlına nə faiz gəlirsə, onu tətbiq etməsi düzgün deyil. Biz ilk növbədə prezidentin qeyd etdiyi kimi, vətəndaşlarımızı qorumalı, onların hüquqlarını müdafiə etməliyik”.

U.A.
www.oxu.az

Система OrphusMətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.

Digər İqtisadiyyat xəbərləri