17 
Mar
2017
14:53
571
21
3913
Virtual karabakh

Millət vəkili: Bazarlar od tutub yanır

17 Mar, 2017
14:53
3913

Millət vəkili: Bazarlar od tutub yanır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Millət vəkili Fəzail Ağamalı hökumətin hesabatında çıxışı zamanı ərzaq məhsullarının qiymətinin qalxmasına reaksiya verib.

Oxu.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o qeyd edib ki, bu gün bazarlar od tutub yanır: 

“Ərzaq məhsullarının, xüsusilə də ətin qiyməti qalxır. Bununla bərabər, tikinti materiallarının qiyməti də dayanmadan artır. 

Qiymət artımının qarşısını almaq üçün möhtəkirlərə qarşı tədbirlər görülməlidir. Kiçik və orta sahibkarlığın inkişafı üçün yaşıl işıq yandırılmalıdır. 

Bu sahədə olan bürokratiya, əngəlləri aradan qaldırmaq üçün olduqca radikal addımların atılmasına ehtiyac var”.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri