17 
Mar
2017
16:54
11
99
3635
Virtual karabakh

Mərkəzi Bank kommersiya banklarına müraciət edib

17 Mar, 2017
16:54
3635

Mərkəzi Bank kommersiya banklarına müraciət edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə fəaliyyət göstərən kommersiya banklarına məktub göndərib. 

Oxu.Az-ın məlumatına görə, “Report”un bank dairələrindən əldə etdiyi məlumata görə, AMB-nin baş direktoru Akşin Vəliyevin imzası ilə daxil olan məktubda banklara Novruz bayramı günlərində müştərilərin nağd pula olan tələbatının ödənilməsi üçün müvafiq addımların atılması tövsiyə olunur.

Məktubda deyilir ki, banklar bayram günlərində müştərilərin nağd pula olan tələbatının nominallar üzrə müvafiq strukturda təmin edilməsi məqsədilə zəruri tədbirlər görməlidir. Həmçinin, AMB nağd pul ehtiyatının yaradılmasını da tələb edir.

Məlumata görə, AMB-də məsələ ilə bağlı “Qaynar xətt” yaradılıb və bayram günləri nağd pula tələbatla bağlı ciddi zərurət yaranarsa, banklar “Qaynar xət”lə əlaqə saxlaya bilər.

Əlavə edək ki, AMB-nin kassa xidməti yalnız bu gün uzadılmış iş rejimində çalışacaq.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri