18 
Mar
2017
20:12
162
46
2012
Virtual karabakh

“Nikoil Bank” Novruz bayramı ilə əlaqədar xeyriyyə aksiyası keçirib

18 Mar, 2017
20:12
2012

“Nikoil Bank” Novruz bayramı ilə əlaqədar xeyriyyə aksiyası keçirib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Nikoil Bank” ASC öz ənənəsinə sadiq qalaraq bu dəfə də Novruz bayramına həsr olunmuş növbəti xeyriyyə aksiyasını keçirib.

Bankdan Oxu.Az-a verilən məlumata görə, Bakının Bilgəh qəsəbəsində yerləşən 11 saylı internat-məktəbinin valideyn himayəsindən məhrum olan 150 uşaq Akademik Milli Dram Teatrına dəvət olunub. Balaca tamaşaçılar bayram tamaşasından unudulmaz təəssüratlarla ayrılıblar. Novruz bayramının rəmzləri – Kosa, Keçəl və Bahar Qızı ilə yanaşı digər milli folklor qəhrəmanları onları əyləndiriblər. Hər bir uşaq yaxşı əhval-ruhiyyə ilə birgə ənənəvi hədiyyə də alıb.

Xatırladaq ki, “Nikoyl Bank” Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl satış şəbəkəsi olan universal maliyyə-kredit təşkilatıdır. Bank hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri əməliyyatlarının tam paketini təklif edir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az səhifəsinə daxil olmaqla və yaxud (012) 981 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri