23 
Mar
2017
22:11
34
234
9666
Virtual karabakh

OVS brendindən açıqlama – FOTO

23 Mar, 2017
22:11
9666

OVS brendindən açıqlama – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

OVS təmsilçisi olaraq KİV - də haqqımızda yayınlanan xoşagəlməz məlumat ilə bağlı narahatlığımızı bildirir və duruma aydınlıq gətirmək istəyirik.

Qeyd edək ki, OVS "Gruppo Coin" - ə məxsus İtaliya brendidir, Azərbaycanda paytaxtın "Park Bulvar", "Gənclik Mall"  eləcə də Gəncə şəhərində "Xəmsə Park" Ticarət Mərkəzlərində təmsil olunmaqdadır.

OVS brendinin hazırki təqdim etdiyi kolleksiya üç ölkədə - Banqladeş, Çin və İtaliyada istehsal olunmuşdur. (məhsulların mənşəy sertifikatı aşağıda göstərilmişdir)

Mövcud vəziyyəti araşdıraraq aydınlaşdırılmışdır ki, KİV-də haqqında bəhs edilən hazırki məhsullar sertifikatda göstərildiyi kimi Banqladeşdə istehsal olunmudur. (foto təqdim olunur).

Təkrar yoxlama zamanı müəyyən edilmişdir ki, mağazalardakı məhsullarımızın arasında "Made in Armenia" etiketli məhsul yoxdur. Əksinə bütün məhsulların etiketləri  "Made in Banqladesh" yazılı etiketləridir.

Məhsulun mənşəy sertifikatı və invoys və kodu buna sübutdur.

OVS brendinin İtaliyadakı baş ofisinə göndərilən ilkin sorğuya cavab olaraq bizə bildirilmişdir ki, şirkətin Ermənistan ərazisində məhsul istehsalı yoxdur. Bu informasiyanı təstiq etmək üçün OVS-dan rəsmi məktub tələb olunmuşdur. Rəsmi məktubu tezliklə ictimaiyyətə təqdim edəcəyik.

Qeyd etmək istərdik ki, KİV-də yayılan informasiya texniki səhv və ya təxribat və s. məqsədi ilə də yayıla bilər.

OVS təmsilçisi olaraq bildirmək istərdik ki, heç bir halda Azərbaycan istehlakçısının gəliri birbaşa və ya dolayısı ilə Ermənistan Respublikasına daxil olmasına imkan vermərik. 
Faktın daha ətraflı araşdırılması məqsədilə  həmin etiket və mağazanın rəsmi çekinə sahib olan müştərilərimizdən xahiş edirik ki, mağazamızla əlaqə saxlasınlar.

Bundan əlavə, KIV təmsilçilərinə müraciətimiz budur ki, hər hansı informasiyanı yaymazdan əvvəl onun həqiqiliyini araşdırsınlar.

Yaranmış bütün suallarla bağlı mağazamızın inzibati rəhbərliyinə müraciət etmənizi xahiş edirik.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri