24 
Mar
2017
09:36
199
39
1769
Virtual karabakh

Ölkəyə idxal olunan mazut gömrük rüsumundan azad edilir

24 Mar, 2017
09:36
1769

Ölkəyə idxal olunan mazut gömrük rüsumundan azad edilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabahdan etibarən Azərbaycana elektrik enerjisinin istehsalı üçün idxal olunan mazut 9 ay müddətində gömrük idxal rüsumuna cəlb olunmayacaq.

Oxu.Az-ın Report-a istinadən xəbərinə görə, bununla bağlı Nazirlər Kabineti tərəfindən “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarına edilən dəyişiklik martın 25-də qüvvəyə minəcək.

Dəyişikliyə əsasən, Azərbaycanın 2017-ci il üzrə yanacaq-enerji balansına uyğun olaraq, Energetika Nazirliyinin təsdiqedici sənədləri əsasında “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə elektrik enerjisinin istehsalı üçün idxal olunan mazut gömrük idxal rüsumuna cəlb olunmayacaq.

Qərar 1 yanvar 2018-ci il tarixinədək (9 ay) qüvvədə olacaq.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri