25 
Mar
2017
10:45
231
24
4109
Virtual karabakh

Almaniya bankı səhvən xarici hesablara 5 milyard avro köçürdü

25 Mar, 2017
10:45
4109

Almaniya bankı səhvən xarici hesablara 5 milyard avro köçürdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniyanın Dövlət Yenidənqurma Bankı təsadüfən xarici hesablara 5 milyard avro köçürmə edib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə texniki nasazlıq səbəbindən baş verib.

İnsident fevralın 20-də qeydə alınsa da, bu barədə yalnız indi məlum olub. Kredit təşkilatından bildirilib ki, sistemin yanlış işi işçilər tərəfindən ən erkən mərhələdə aşkar olunub və pullar vaxtında geri qaytarılıb. Bankdan insidentin insan amili səbəbindən baş verə biləcəyini də istisna etmirlər.

N.O.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri