26 
Mar
2017
13:12
215
24
1662
Virtual karabakh

Bu gündən idxal olunan mazut gömrük rüsumundan azad edilib

26 Mar, 2017
13:12
1662

Bu gündən idxal olunan mazut gömrük rüsumundan azad edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gündən Azərbaycana elektrik enerjisinin istehsalı üçün idxal olunan mazut gömrük rüsumundan azaddır.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabineti bu il fevralın 23-də dərc edilən və bir ay sonra, martın 25-də qüvvəyə minən “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən Azərbaycan Respublikasının 2017-ci il üzrə yanacaq-enerji balansına uyğun olaraq, Energetika Nazirliyinin təsdiqedici sənədləri əsasında “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə elektrik enerjisinin istehsalı üçün idxal olunan mazut gömrük idxal rüsumuna cəlb olunmayacaq.

Bu qərar 2018-ci ilin 1 yanvar tarixinədək qüvvədədir.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri