27 
Mar
2017
11:54
19
122
2006
Virtual karabakh

Soyuducular zavodu hərraca çıxarılır

27 Mar, 2017
11:54
2006

Soyuducular zavodu hərraca çıxarılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aprelin 18-də növbəti hərrac keçiriləcək. 

Komitədən Oxu.Az-a verilən məlumata görə, hərraca 141 dövlət əmlakı olmaqla, 25 səhmdar cəmiyyəti, 29 kiçik dövlət müəssisə və obyekti, 87 istifadəsiz qeyri-yaşayış sahəsi və 16 nəqliyyat vasitəsi çıxarılacaq.

Hərraca çıxarılan müəssisələr sırasında Sumqayıtda yerləşən “3 saylı avtomobillərə qaz doldurma stansiyası”, Lənkəranda yerləşən “2 saylı yanacaq doldurma məntəqəsi”, Şəmkir rayonunda yerləşən “Çinar soyuducular zavodunun Şəmkir filialı” kimi iri müəssisələr var.
Hərraca torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək start qiyməti Balakəndə yerləşən “Əmlak kompleksi”nə aiddir. 

1 milyon 17 min manata təklif olunan müəssisənin ümumi faydalı sahəsi 11266,4 kv.m., torpaq sahəsi isə 37602 kv.m.-dir. 

Hərracda özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələrindən 26-sı paytaxtda, qalanları isə respublikanın ayrı-ayrı şəhər və rayonlarında yerləşir. 

Ən yüksək ilkin satış qiyməti ilə hərraca çıxarılan qeyri-yaşayış sahəsi paytaxtın Nəsimi rayonunda yerləşir. Belə ki, bu əmlak 110 min manat start qiyməti ilə hərraca çıxarılıb.

Qeyd edək ki, özəlləşdirmə portalına daxil olmaqla (privatization.az) səhmdar cəmiyyətlərin nizamnamə kapitalının həcmi, buraxılmış səhmlərin ümumi sayı, satışa çıxarılan səhmlərin nominal dəyəri barədə geniş informasiya əldə etmək olar.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri