27 
Mar
2017
17:10
103
200
3685
Virtual karabakh

Neftin qiyməti 40 dollara düşəcək – PROQNOZ

27 Mar, 2017
17:10
3685

Neftin qiyməti 40 dollara düşəcək – PROQNOZ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bloomberg” agentliyi tərəfindən keçirilən sorğuya əsasən, dünya neft ehtiyatlarında artım müşahidə edilməsinə baxmayaraq, bu ilin sonuna qədər neftin qiymətinin cari səviyyədən 16% yüksək olacağı bildirilir. 

Oxu.Az-ın məlumatına görə, “Report”Forexpf.ru” saytına istinadən xəbər verir ki, Rusiya Bankının (Mərkəzi Bank) proqnozları isə daha bədbindir. 

Bank bu ildə “Urals” markalı neftin orta qiymətinin 50 dollar/barel olacağını, ilin sonu yaxınlaşdıqca isə 40 dollar/barelə kimi geriləyəcəyini və bu səviyyədə 2019-cu ilin sonuna qədər qalacağını ehtimal edir.

Xatırladaq ki, Rusiya Maliyyə Nazirliyi öz hesablamalarında və federal büdcənin tərtibatında neftin baza qiymətini 40 dollar/barel səviyyəsində əsas kimi götürüb. 

Hollandiya “Rabobank”ının London şöbəsinin valyuta bazarları üzrə mütəxəssisi Petr Matisa görə, “konservativ mövqe tutmaq və sonra sevinmək, nikbin qalıb, sonra məyus olmaqdan daha yaxşıdır”.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri