28 
Mar
2017
14:47
76
145
10703
Virtual karabakh

Valyuta hərracından sonra bəzi banklar dolları bahalaşdırdı – YENİLƏNİB

28 Mar, 2017
14:47
10703

Valyuta hərracından sonra bəzi banklar dolları bahalaşdırdı – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün hərracın nəticəsində dollar 1,7220 manatadək bahalaşıb. 

Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, hərracdan sonra banklar dolların məzənnəsinə dəyişiklik edib.

Beləliklə, “Bank of Baku” və “Atabank” dolların həm alışını, həm satışını 1 qəpik bahalaşdırıb: “Bank of Baku” alışı 1,7000 manatdan 1,7100 manatadək, satışı 1,7400 manatadan 1,7500 manatadək; “Atabank” alışı 1,6800 manatdan 1,6900 manatadək, satışı 1,7400 manatdan 1,7500 manatadək.

“Unibank” yalnız dolların alış məzənnəsini bahalaşdırıb: 1,6800 manatdan 1,7100 manatadək.
“PAŞA Bank” və “Muğanbank” əksinə dolların satışını ucuzlaşdırıb: “PAŞA Bank” 1,7450 manatdan 1,7400 manatadək, “Muğanbank” 1,7350 manatdan 1,7300 manatadək.

10:38

Bu gün ölkənin bir neçə bankı valyutanın satış və alış qiymətlərində dəyişiklik edib. 

Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, səhər saatlarında banklar 1 dolları 1,6550 manatdan baha alır, 1,7250 manatdan da yüksək satır.

Araşdırmaya əsasən, dünən axşam saatları ilə müqayisədə “Günaybank” dolların alışını bahalaşdırıb, satışını ucuzlaşdırıb: alışı 1,7000 manatdan 1,7100 manatadək, satışı 1,7280 manatdan 1,7350 manatadək.

“NBC Bank” həmçinin dolların alışını bahalaşdıraraq satışını ucuzlaşdırıb: alış 1,6800 manatdan 1,6950 manatadək, satış 1,7400 manatdan 1,7350 manatadək.

“Pakistan Milli Bank”ının Bakı filialı dünənin axşam saatları ilə müqayisədə yalnız dolların alışını ucuzlaşdırıb: 1,6800 manatdan 1,6700 manatadək. “VTB Bank Azərbaycan” isə dolların alışını 1 qəpik bahalaşdırıb: 1,6600 manatdan 1,6700 manatadək.

“Naxçıvanbank” isə yalnız dolların satış məzənnəsini 2 qəpik bahalaşdırıb: 1,7300 manatdan 1,7500 manatadək.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri