28 
Mar
2017
12:07
28
78
4717
Virtual karabakh

“Qərənfil” şadlıq kafesi 121 min manata satıldı

28 Mar, 2017
12:07
4717

“Qərənfil” şadlıq kafesi 121 min manata satıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib.

Komitədən Oxu.Az-a verilən məlumata görə, hərracda 14 dövlət əmlakı özəlləşdirilib. 

Hərracda ən yüksək qiymətə özəlləşdirilən daşınmaz əmlak paytaxtın Binəqədi rayonunda yerləşən kiçik dövlət müəssisə və obyekti olub. Belə ki, bu əmlak 180 min manata özəlləşdirilib. 

Hərracda yüksək qiymətə satılmış növbəti əmlak 121 min 250 manata özəlləşdirilən “Qərənfil” şadlıq kafesi olub. 

Adıçəkilən əmlak paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşir. 

Regionlarda keçirilən hərraclarda ən yüksək qiymətə özəlləşdirilmiş əmlak Gəncə şəhərində yerləşən “2 saylı avtomobil dayanacağı”dır. Qeyd olunan əmlak 89 min manata özəlləşdirilib.

2017-ci ilin ilk 3 ayında 10-a yaxın hərrac keçirilib ki, bu hərraclarda özəlləşdirilən əmlaklar müxtəlif iqtisadi sahələrə aid olub. 

Qeyd edək ki, komitə tərəfindən növbəti hərrac aprelin 4-də keçiriləcək. 

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri