28 
Mar
2017
13:02
23
156
4519
Virtual karabakh

Bakının yarımçıq qalan “göydələn” problemi

28 Mar, 2017
13:02
4519

Bakının yarımçıq qalan “göydələn” problemi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son 10 ildə Bakıda yüzlərlə çoxmərtəbəli bina inşa olunub. Həmin çoxmərtəbəli binalar paytaxta estetik gözəllik verməklə yanaşı, sakinlərin mənzil probleminin qismən həllində də mühüm rol oynayıb.

Bakıda istifadəyə verilən çoxmərtəbəli evlərlə yanaşı, tikintisi yarımçıq qalmış binalar da az deyil. Dünya ölkələrinin təcrübəsində bu cür yarımçıq binalar ya hərraca çıxarılır, ya da dövlət tərəfindən satın alınır. 

Bundan sonra isə o binaların tikintisi başqa şirkətə həvalə edilir. Çünki zaman keçdikcə, yarımçıq tikili aşınmaya məruz qalır.

Bəs Bakıda tikintisi yarımçıq saxlanılmış çoxmərtəbəli binaların tamamlanması üçün hansı addımlar atılmalıdır?

Oxu.Az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a bildirib ki, Bakı şəhəri çoxlu turist qəbul etdiyi üçün yarımçıq binalar paytaxtın görünüşünə xələl gətirir. Buna görə də, onlarla bağlı siyahıyaalınma aparılmalıdır.

“Yarımçıq binaların tamamlanması üçün müvafiq addımlar atılmalıdır. Bir vaxtlar kooperativ təşkilatlar Bakıda bəzi binalar tikib, yarımçıq saxlayıblar. 

Müəyyən özəl təşkilatlar da var ki, onların da inşa etdiyi xeyli sayda bina maliyyə çatışmazlığı səbəbindən yarımçıq qalıb. Belə binaların tamamlanması üçün Bakı Şəhər İcra Hakimiyyəti müəyyən qərar verməlidir. 

Yəni, ya həmin binalar tikilib-istifadəyə verilməlidir, ya da həmin binalara cavabdeh olan özəl təşkilatlar bir qərara gəlməlidir. Bunun çıxış yolu yalnız belədir. 

Bazar iqtisadiyyatı prinsipləri sahəsində hansı qanunlar varsa, ona uyğun da addım atılmalıdır”.

Vahid Əhmədov deyib ki, dövlət sahibkarın binasını məcburi şəkildə əlindən ala və sata bilməz.
“Ancaq hansısa bir təklif verə bilər. O cümlədən, Bakı Şəhər İcra Hakimiyyəti də sahibkara təklif verə bilər. 

Əgər həmin təklif sahibkara sərf etsə və razılığını versə, o zaman dövlət həmin binanı sata, ala və ya təmir edib, yenidən istifadəyə verə bilər. Bu da hökumətlə, Bakı Şəhər İcra Hakimiyyətilə qurulmuş dialoqdan asılıdır”.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri