28 
Mar
2017
17:45
222
31
5994
Virtual karabakh

Azərbaycanlı xanıma Avropa Bankında yüksək vəzifə verildi – FOTO

28 Mar, 2017
17:45
5994

Azərbaycanlı xanıma Avropa Bankında yüksək vəzifə verildi – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanlı Aytən Rüstəmova Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Tacikistandakı ofisinin rəhbəri təyin edilib.

Oxu.Az “Marja”ya istinadən xəbər verir ki, bu barədə AYİB-dən bildirilib.

Aytən Rüstəmova AYİB-in London Qərargahına qayıdan Riçard Consu əvəz edib.

Aytən Rüstəmova 2001-ci ildə AYİB-ə qoşulub. Son vaxtlar o, Bakıda Bankın Azərbaycan ofisində baş bankir kimi çalışıb, burada böyük infrastruktur layihələrinə rəhbərlik edib.

O, kreditləşmə, enerji səmərəliliyi layihələrinin maliyyələşdirilməsi, kiçik və orta müəssisələr üzrə geniş təcrübəyə malikdir.

İndiyədək AYİB Tacikistan iqtisadiyyatının müxtəlif sahələrinə 645 milyon dollar həcmində sərmayə yatırıb.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri