30 
Mar
2017
11:23
14
57
999
Virtual karabakh

“Unibank Mobile”dan artıq planşetlərdə də istifadə mümkündür

30 Mar, 2017
11:23
999

“Unibank Mobile”dan artıq planşetlərdə də istifadə mümkündür

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Unibank Mobile”ın planşet versiyası istifadəyə verilib. Mobil əlavənin planşet versiyasına bir sıra funksiyalar da əlavə olunub. Həm “iOS”, həm də “Android” platformalı planşetlər üçün hazılanan mobil tətbiqdə, müştəri əlavə olaraq öz silinmələrini cədvəl ya da siyahı formasında görə biləcək. 

Unibank Mobile planşet istifadəçilərinə daha hansı imkanları yaradır?

-    Bütün hesablarınıza onlayn şəkildə nəzarət etmək;
-    Telefonunuzun kitabçasında qeydiyyatda olan dostlarınıza siyahıdan rahat şəkildə köçürmə etmək;
-    “Unibank”dakı bir kart və ya hesabınızdan digər kart və ya hesabınıza pul köçürməsi, kartın bloklanması və blokdan açılması - bunlar hamısı bir kliklə mümkündür; 
-    Olduğunuz yerdən kommunal, internet, kabel TV, kredit - istədiyiniz ödənişi həyata keçirin; 
-    Aylıq ödənişlərinizi sistemə avtomatik ödənişlər siyahisina daxil edin və bu ödənişlər təyin etdiyiniz vaxtda avtomatik keçirilsin;
-    “Unibank Mobile” əlavəsi sizə həmçinin depozit və cari hesab açmağa imkan yaradır. Bundan əlavə mövcud əmanətlərinizlə bağlı bütün məlumatları banka gəlmədən əldə edə bilərsiniz.  

“Deloitte & Touche LLC” şirkəti tərəfindən MDB məkanında ən yaxşı mobil əlavələrdən biri hesab olunan “Unibank Mobile” istifadəçilərinin sayı sürətlə artır. Hazırda kampaniya çərçivəsində “Unibank Mobile”da kartlar arasında aparılan əməliyyatlar komissiyasızdır. Aprelin 10-dək öz kommunal, mobil, stasionar, internet / TV xidməti ödənişlərini “Unibank”ın Mobil əlavəsi ilə edənlər, kart və hesablarından köçürmələr edənlər isə “Bahar kampaniyası” çərçivəsində 1000 manatadək pul qazanmaq şansı əldə edə bilərlər. 

“Unibank Mobile” “iOS” və “Android” platformalarında işləyir. Öz planşetinizə və smartfonunuza “Unibank”ın mobil bank xidmətini bu linkindən http://onelink.to/ffdbwf  yükləyə bilərsiniz. 

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud “Facebook” və “Twitter” səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.
“Unibank Mobile” – Bankdan daha yaxın!

“Unibank” – hər kəsin bankı!

“Unibank” haqqında

Azərbaycanın iki aparıcı özəl bankı – “MBANK” (1992) və “PROMTEXBANK”-ın(1994) 2002-ci ildə birləşməsi nəticəsində fəaliyyətə başlayan “Unibank” ölkədə ən iri maliyyə təsisatlarından biridir. 

Öz maliyyə göstəricilərinə görə, bank ölkə bank sektorunun liderləri siyahısına daxildir. Bank müxtəlif mülkiyyət formasına və fəaliyyət istiqamətlərinə aid olan 800 minə yaxın korporativ və fərdi müştərilərə xidmət göstərir.

Dünyanın nüfuzlu maliyyə qurumlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15% pay) və “DEG” Almaniya İnvestisiya Şirkəti (8,33% pay) “Unibank”ın səhmdarları sırasındadır. “Unibank” tərəfindən iki törəmə müəssisə – “Unileasing” lizinq şirkəti və “Unicapital” investisiya şirkəti təsis edilib. 

Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. Bank 25 illik fəaliyyəti dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə bir çox beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülmüşdür. 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri