30 
Mar
2017
13:01
98
58
3919
Virtual karabakh

Badamdar şosesində bəzi obyektlər sökülür – FOTO

30 Mar, 2017
13:01
3919

Badamdar şosesində bəzi obyektlər sökülür – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səbail Rayon İcra Hakimiyyəti tərəfindən Badamdar şosesində qanunsuz fəaliyyət göstərən qanunsuz obyektlər sökülür. 

Bu barədə İcra Hakimiyyətindən Oxu.Az-a bildirilib. 

“Badamdar yolunun ətrafında yerləşən obyekt və tikililərin inventarizasiyası zamanı aşkar olunub ki, buradakı obyektlərin əksəriyyəti qeyri-qanuni fəaliyyət göstərir, onlar vaxtı ilə yaşayış yeri kimi rəsmiləşdirilib, bir çoxunda əlavə torpaq sahələri zəbt olunmaqla tikinti işləri aparılıb və mövcud qanunvericiliyin tələblərinə uyğunlaşdırılmayıb. 

Bəzi yerlərdə tikililər yüksək gərginlikli elektrik xətlərinin birbaşa altında və mühafizə zolağında tikilib, həmçinin şose boyunca bir çox yerlərdə piyada səkiləri də zəbt olunub”.

Qeyd olunub ki, bununla əlaqədar RİH tərəfindən vətəndaşlara tikili və obyektlərinin qanunauyğun şəkildə sənədləşdirilməsi təklif olunub. 

Açıqlamada həmçinin vurğulanıb ki, Badamdar şosesinin kənarlarında zəbt olunaraq tikilmiş və qanunsuz artırılmış, yolun yenidənqurmasına mane olan, səkilərə çıxan tikililərin söküntüsü aparılır. 

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri