30 
Mar
2017
13:06
6
73
2033
Virtual karabakh

Palata: Bank “Standard”la bağlı verilən qərarlar ləngiyib

30 Mar, 2017
13:06
2033

Palata: Bank “Standard”la bağlı verilən qərarlar ləngiyib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu ilin aprelindən ləğv olunmuş “Qafqaz İnkişaf Bankı” ASC-də qorunmayan əmanətlərin qaytarılmasına başlanacaq”.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Mərkəzi Bankı haqqında”, “Müflisləşmə və iflas haqqında”, “Banklar haqqında” qanunlara, eləcə də Mülki, İnzibati Prosessual, Mülki Prosessual Məcəllələrinə dəyişikliklərlə bağlı qanun layihələrinin müzakirəsi zamanı Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) sədri Rüfət Aslanlı bildirib.

“Vaxtımız imkan versə, bu günün ikinci yarısında Palatanın Direktorlar Şurasının iclası olacaq. “Parabank” qorunmayan əmanətlərini də ödəyib. “Parabank” bank olmayan kredit təşkilatına çevrilməklə bağlı bizə müraciət edib. Çünki onun balansında əmanətləri qalmayıb. Hüquqi şəxslərin banklardakı 12 milyon manatlıq hesab qalıqlarını ödəyib. Qorunmayan əmanətlər təxminən 20 milyon manat idi. Yəni 32 milyon manat məbləğində kompensasiya olunmayan öhdəlikləri icra edib. Onun balansında qalmış kreditlər və səhmdarların qoyduğu vəsait imkan verir ki, bank olmayan kredit təşkilatı kimi fəaliyyət göstərsin. Bankın lisenziyası geri alınanda onun 40 milyon manatlıq kapitalı var idi. Biz onun kapitalının tamamilə itirilməsini gözləmirdik. “Bank Standard” da vəziyyət başqa cür idi. Bu bank sistem əhəmiyyətli bank idi. Biz əlavə cəhdlər etdik. Dövlət əlavə inyeksiya etdi. Ola bilsin ki, biz orada qərarlar üçün ləngimişdik. Bu, faktdır”.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri