30 
Mar
2017
14:56
129
23
17548
Virtual karabakh

Azərbaycanda daha bir bankın ləğv olunması prosesi başlayır

30 Mar, 2017
14:56
17548

Azərbaycanda daha bir bankın ləğv olunması prosesi başlayır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Yaxın vaxtlarda “United Credit Bankı”nın ləğvetmə prosesinə başlanacaq”.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı məlumat verib.

“United Credit Bankı”nın ləğv edilməsi ilə bağlı məhkəmə prosesləri icra olunur. Bu həftənin əvvəlində biz məhkəmə qərarını aldıq. Bu proseslər prosessual olaraq uzanırdı.  

Çünki bir neçə məhkəmə instansiyasından keçir. Əslinə qalsa, bu məhkəmə sisteminə deyil, məhkəmə prosedurlarına dair olan bir məsələ idi. Hazırda ləğvedici təyin olunmalıdır. 

Bundan sonra bankda real ləğvetmə prosesinə başlayacağıq. Yəqin ki, gələn həftə biz bu məsələni müzakirə edəcəyik”, - deyə o vurğulayıb. 

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri