30 
Mar
2017
17:44
36
136
9242
Virtual karabakh

Tanınmış iqtisadçıdan manatla bağlı proqnoz

30 Mar, 2017
17:44
9242

Tanınmış iqtisadçıdan manatla bağlı proqnoz

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Öncədən proqnozlaşdırdığımız kimi, martın sonundan etibarən dollara tələbin artması müşahidə edilməkdədir. 

Bu özünü dünənki rəsmi məzənnədə və eləcə də bu gün hərracın nəticələrində göstərdi. Son 2 gündə valyuta bazarında dolların manata qarşı məzənnəsi cüzi olsa da bahalaşıb. Bu da banklarda dollar satışının artması ilə əlaqədardır”.

Oxu.Az xəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri, tanınmış iqtisadçı-ekspert Vüqar Bayramov deyib. 

“Banklarda dollara olan tələb birbaşa hərrac məzənnəsinə və eləcə də rəsmi məzənnəyə təsir göstərməkdədir. Qeyd edək ki, bir sıra kommersiya bankları da dolların alış məzənnəsini artıq artırıblar. 

Aprel ayında dövlət büdcəsinin investisiya istiqamətində xərcləmələr olacaqsa, o zaman dollara tələbin artması davam edəcək. Bütövlükdə, gələn aydan etibarən idxalın həcmində və eləcə də büdcə xərcləmələrində atımlar gözlənilir. Bu isə xarici valyutaya tələbin artmasının davam etməsinə səbəb ola bilər. 

Aydındır ki, Azərbaycan Mərkəzi Bankı (AMB) hərraclar vasitəsi ilə tələbi ödəməklə məzənnəyə təsir imkanlarını qoruyub saxlayır. Amma o da görsənir ki, AMB bu ilin yanvar ayından etibarən valyuta bazarının məzənnəyə təsir imkanlarını artırmaqla bazar kursunu formalaşdırmağa çalışır. Bununla belə, hələlik manatın öz bazar dəyərini aldığını söyləmək mümkün deyil”.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri