Apr
2017
18:53
18
177
2552
Virtual karabakh

Dövlət “Bank Standard”a görə nə qədər kompensasiya ödəyib?

7 Apr, 2017
18:53
2552

Dövlət “Bank Standard”a görə nə qədər kompensasiya ödəyib?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı “Banklar haqqında” qanuna edilmiş dəyişikliklərdə nəzərdə tutulan “körpü-bank” anlayışının mahiyyətinə bir daha aydınlıq gətirib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, Milli Məclisin bugünkü plenar iclasında çıxış edən sədr bununla bağlı dünyada geniş təcrübənin olduğunu bildirib.

“Keçən il “Bank Standard”a müvəqqəti inzibatçı təyin etdik. Həmin bankın sağlam aktivləri və ona maraq göstərənlər var idi. Amma müvafiq hüquqi bazarının olmamasına görə, həmin sağlam aktivləri o xəstə maliyyə institutunun içərisindən çıxara bilmədik. 

Son nəticədə, dövlət 435 mln. manat kompensasiya ödəməli oldu. Halbuki, həmin sağlam aktivləri normal reputasiyası olan investorlara ötürmək, “körpü-bank” yaratmaq, bank əmanətçilərinin, dövlət və biznes strukturlarının öz vəsaitlərindən sərbəst şəkildə istifadə etməsinə imkan yaratmaq olardı”.

R.Aslanlı rəhbərlik etdiyi quruma geniş səlahiyyətlərin verilməsinə yönəlmiş tənqidlərə də cavab verib: “Burada söhbət dövlət və xüsusi eksklüziv biznes arasında münasibətlərdən gedir. 

Banklarda əhali, dövlət və biznesin vəsaitləri toplanır, bunun üçün xüsusi tənzimləmə rejimi maliyyə nəzarəti orqanı bütün alət və salahiyyətlərə malik olmalıdır”.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri