17 
Apr
2017
15:30
22
134
2206
Virtual karabakh

Prezidentin köməkçisi: Şirkətlərin saytları qeyri-işləkdir

Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov bildirib ki, şirkətlər arasında kommunikasiyanın qurulmasında problemlər var.

Bu barədə Oxu.Az APA-ya istinadən xəbər verir.

“Şirkətlərin internet saytları qeyri-işlək vəziyyətdədir. Məndə bəzən elə təsəvvür yaranır ki, sahibkarlar həyata keçirdiyi layihələr, istehsal etdiyi məhsullar barədə ancaq özləri xəbərdardır. 

Mən tez-tez şirkətlərin saytlarını izləyirəm. Elə şirkət var ki, saytını sonuncu dəfə 3 il bundan öncə yeniləyib. Tutalım, bu gün bir şirkət məhsul idxal edir, amma həmin məhsulu başqa bir yerli şirkət ölkəmizdə istehsal edir və bunların bir-birindən xəbəri yoxdur. 

Kommunikasiya düzgün qurulmalıdır. Müştərilər şirkətlərin saytına daxil olan zaman istehsal olunan məhsullar barədə ətraflı məlumat almaq imkanını qazanmalıdır. 

Şirkətlər saytlarını aktiv şəkildə idarə etməlidir. Biznes bu cür qurulur”.

U.A.
www.oxu.az

Digər İqtisadiyyat xəbərləri