18 
Apr
2017
11:52
81
33
9434
Virtual karabakh

Azərbaycanda iki bank birləşdirilir

18 Apr, 2017
11:52
9434

Azərbaycanda iki bank birləşdirilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Atabank” və “Caspian Development (CDB) Bank” ASC-lərin səhmdarlarının ümumi yığıncaqlarının qərarlarına əsasən, “CDB”-nin yenidən təşkilatlanma şəklində ləğv edilərək “Atabank”a qoşulması ilə əlaqədar Müşahidə Şurasının sədri vəzifəsinin müvəqqəti icrası Fərəh Məmmədovaya, İdarə heyətinin sədri vəzifəsi isə Dəyanət Quliyevə həvalə edilib. 

Oxu.Az Report-a istinadən xəbər verir ki, həmin bankların yenidən təşkili ilə əlaqədar aktivlərin qiymətləndirilməsinin aparılmasına dair “PWC” beynəlxalq konsaltinq şirkəti ilə ilkin razılaşma əldə edilib.

Həmçinin, “Atabank” və “CDB” ASC-lər tərəfindən yenidən təşkil faktı dövlət qeydiyyatına alınana qədər, bütün kontragentlərlə bağlanılmış mülki-hüquqi müqavilələr üzrə öhdəliklərin icrası hər bir bank tərəfindən ayrı-ayrılıqda davam etdiriləcək.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri