19 
Apr
2017
17:05
122
33
4556
Virtual karabakh

“AGBank” bu il iki milyon manata yaxın zərər edib – HESABAT

19 Apr, 2017
17:05
4556

“AGBank” bu il iki milyon manata yaxın zərər edib – HESABAT

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2016-cı ilin yekunları üzrə 35 milyon 630 min manat zərər açıqlamış “AGBank” ASC 2017-ci ilin 1-ci rübünü 1 milyon 807 min manat zərər ilə başa vurub. 

Oxu.Az Marja-ya istinadən xəbər verir ki, müqayisə üçün qeyd edək ki, bank 2016-cı ilin 1-ci rübündə 6 milyon 628 min manat zərər etmişdi. Beləliklə, rüblük müqayisədə bankın zərəri 3,7 dəfə azalıb.

Gəlirləri 2 dəfəyə yaxın azalıb

Bu ilin yanvar-mart dövründə bankın ümumi gəlirləri 13 milyon 484 min manat, o cümlədən faiz gəlirləri 6 milyon 477 min manat, qeyri-faiz gəlirləri 7 milyon 7 min manat təşkil edib. 

Diqqəti cəlb edən, “AGBank”ın qeyri-faiz gəlirlərinin faiz gəlirlərindən çox olmasıdır.
Birinci rübdə bank 13 milyon 484 min manat gəliri əldə etmək üçün 14 milyon 873 min manat xərc çəkib.

Nəticədə bankın 1 milyon 389 min manat əməliyyat zərəri yaranıb. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 343,55 min manatın ayrılması bankın zərərini daha da artırıb.

Qeyd edək ki, 2016-cı ilin 1-ci rübündə “AGBank”ın cəmi gəlirləri 26 milyon 47 min manat, o cümlədən faiz gəlirləri 12 milyon 897 min manat, qeyri-faiz gəlirləri 13 milyon 150 min manat təşkil etmişdi. Beləliklə, ötən ilin ilk rübü ilə müqayisədə bu ilin ilk rübündə bankın cəmi gəlirləri 1,9 dəfə azalıb.

Bankın aktivləri və kapitalı azalıb

31 mart 2017-ci il tarixində “AGBank” 505 milyon 752 min manat cəmi aktivlərə, 453 milyon 513 min manat cəmi öhdəliklərə, 52 milyon 238 min manat cəmi kapitala malik olub.

Bank ötən ilin sonunda 520 milyon 3 min manat cəmi aktivlərə, 466 milyon 199 min manat cəmi öhdəliklərə, 53 milyon 804 min manat cəmi kapitala malik idi.

Kreditlərin yarıya yaxını problemlidir

31 mart 2017-ci il tarixinə olan məlumata görə, müştərilərə verilmiş 287 milyon 537 min manatın 140 milyon 249,4 min manatının və 48,7%-nin ödəmə vaxtı keçib.

Bir müddət əvvəl, “AGBank” ASC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilov “İlin sonuna qədər zərər mənfəətlə əvəz oluna bilər. Aktivlərdə ciddi artım gözləmirik”, deyə mətbuata bildirmişdi.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri