20 
Apr
2017
16:23
28
127
3560
Virtual karabakh

“Exchange” açmaq üçün kapital da tələb olunacaq

20 Apr, 2017
16:23
3560

“Exchange” açmaq üçün kapital da tələb olunacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İndiki vəziyyətdə valyutadəyişmə məntəqələrinin bərpasına ehtiyac yoxdur”.

Oxu.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov deyib.

“Biz qanun layihəsi ətrafında müzakirələri davam etdiririk. Deyə bilərik ki, valyutadəyişmə məntəqələri fəaliyyətini bərpa edəcək. 

Düzdür, hazırda valyuta bazarında stabilləşmə var, ölkəmizə gələn turistlərin sayı artıb və “exchange”lərin bərpası barədə düşünmək olar.

Lakin mənim subyektiv fikrim bundan ibarətdir ki, indi bu qanunun qəbul olunmasına o qədər də ehtiyac yoxdur. Banklar bu işin öhdəsindən heç də pis gəlmir. 

Məsələyə başqa aspektdən yanaşsaq, bankların apardığı əməliyyatları idarə etmək daha asandır. Tənzimləyicinin nəzarəti isə öz bəhrəsini verir. 

Banklar xidmət şəbəkəsini genişləndirməklə valyuta mübadiləsini həyata keçirə bilər. Banklar bu işi görə bilirsə, biz niyə “exchange”ləri bərpa etməliyik?”.

Onun sözlərinə görə, qanun layihəsində mübahisəli məqamlar çoxdur:

“Palata təklif edirdi ki, valyutadəyişmə məntəqəsini açmaq istəyən şəxslər 500 manat rüsumdan əlavə 50 min dollar və 50 min manat məbləğində kapital qoyuluşu həyata keçirməlidir. 

Lakin biz bununla razılaşmadıq və bu məsələ gündəlikdən çıxarıldı. Yeni variantda isə məbləğ, ümumiyyətlə, göstərilməyib. 

Belə çıxır ki, məbləği Maliyyə Bazarlarına Nəzarət Palatası müəyyənləşdirəcək”, - deyə o bildirib.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri