20 
Apr
2017
15:37
174
24
2069
Virtual karabakh

Vüqar Bayramov: Yaxın müddətdə bankların sayı 20-dək azalacaq

20 Apr, 2017
15:37
2069

Vüqar Bayramov: Yaxın müddətdə bankların sayı 20-dək azalacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bankların sayının azalması və ya azaldılması məsələsi yenidən gündəmdədir. Bizim monitorinqlərimiz də göstərir ki, hal-hazırda da öz funksiyalarını tam yerinə yetirə bilməyən banklar var”.

Oxu.Az xəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri, tanınmış iqtisadçı-ekspert Vüqar Bayramov deyib. 

O bildirib ki, bankların azalması davam edəcək: 

“Əvvəlki illərdə proqnozlaşdırdığımız kimi, Azərbaycanda yaxın müddətdə bankların sayı 20-dək azalacaq. Təbii ki, prosesdə vətəndaşların ziyan çəkməməsi üçün sığortalanmayan əmanətlərin ödənilməsi mexanizminin təkmilləşdirilməsinə ehtiyac var.

Son müflisləşən 10 bankda sığortalanmayan əmanətlərin verilməsi ilə bağlı çətinliklər qalmaqdadır. Doğrudur, sığortalanan əmanətlərin qaytarılmasında problemlər yoxdur. Amma sığortalanmayan əmanətlərin verilməsi və eləcə də bank rəhbərlərinin məsuliyyət və öhdəliklərinin gücləndirilməsi ilə bağlı yeni mexanizmlərin işlənib tətbiq edilməsinə ehtiyac var”.

Ekspert hesab edir ki, bankların sayının azalması prosesinin ağrısız keçməsi üçün onların müflisləşməsi deyil, konsolidasiyasının təşviq edilməsi daha vacibdir.

Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondunun sədri Azad Cavadov da bu məsələyə toxunaraq qorunmayan əmanətlərin sığortalanmasına ehtiyac olduğunu bildirib. Əlavə edib ki, bununla bağlı yeni qanunvericilik aktları qəbul edilməlidir. 

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri