20 
Apr
2017
18:59
160
43
1219
Virtual karabakh

Anton Siluanov: Neftin qiymətinin 60 dollara çatması lazımdır

Rusiyanın maliyyə naziri Anton Siluanov ölkələrindəki büdcə balansının bu il təmin olunması üçün neftin qiymətinin 60 dollar/barel səviyyəsinə çatmasının lazım olduğunu bildirib.

Oxu.Az Marja-ya istinadən xəbər verir ki, Siluanov 2 il əvvəl baş verən proseslərin son yarım əsr ərzində Rusiya iqtisadiyyatında baş verən ən böyük xarici şok olduğunu bildirərək “Neftin qiymətlərindəki azalmanın sürəti və müddəti, qiymətlərin 1980-ci illərdə yaşadığı azalma ilə müqayisə edilə bilər. Ancaq keçmiş böhranların hamısından daha sürətli toparlandıq” deyib.

Rusiyanın büdcəsində tarazlığın təmin olunması üçün 2013-cü ildə 100 dollar/barel qiymətlərə ehtiyac olduğunu ifadə edən Siluanov 2017-ci ilə gəldikdə artıq ölkə iqtisadiyyatının neftə bağlılığının azaldığını, büdcə tarazlığının bu il təmin olunması üçün neftin qiymətinin 60 dollar/barel səviyyəsinə çatmasının lazım olduğunu söyləyib.

Z.Q

www.oxu.az

Система OrphusMətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.