21 
Apr
2017
09:24
12
61
5693
Virtual karabakh

Manatın xarici valyutalara qarşı məzənnəsi açıqlandı

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın aprelin 21-ə olan məzənnəsini açıqlayıb.

AMB-dən Oxu.Az-a verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi aprelin 20-i müqayisədə dəyişməyərək 1,7022 manat olub.

Avro isə manata nisbətən azalıb. Avrozonanın vahid valyutası 1,8260 manatdan 1,8242 manatadək ucuzlaşıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi isə dəyişməyərək 0,0303 manat olub.

Türkiyə lirəsinin məzənnəsi 0,4638 manatdan 0,4676 manatadək bahalaşıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1802 manatdan 2,1781 manatadək ucuzlaşıb. Gürcüstan larisinin məzənnəsi isə 0,7100 manatdan 0,7085 manatadək azalıb.

U.A.
www.oxu.az

Система OrphusMətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.