21 
Apr
2017
10:12
7
81
2906
Virtual karabakh

Bakıda ən bahalı aylıq kirayə haqqı nə qədər olub?

Mart ayında Bakıda kirayə mənzil bazarında qiymətlərdə dollarla ifadədə 0,58% artım, manatla ifadədə isə 1,93% azalma müşahidə olunub.

Oxu.Az xəbər verir ki, bunu Trend-ə “MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

Ekspert bildirib ki, ilin əvvəli ilə müqayisədə qiymətlərdə dollarla ifadədə 9,4, manatla ifadədə isə 13,4 azalma var. 

Ötən ilin müvafiq ayı ilə müqayisədə isə dollarla ifadədə 0,58, manatla ifadədə isə 12,91% artım var. Ekspert əlavə edib ki, tədris ilinin sona çatması ilə əlaqədar may-iyul aylarında adətən kirayə mənzil bazarında qiymətlər təqribən 6-7% aşağı düşür, amma avqustun 20-dən sonra, sentyabr ayında 13-15% artır. 

N.İbrahimov vurğulayıb ki, ən çox tələb 2 otaqlı mənzillərədir. N.İbrahimov əlavə edib ki, son iki il ərzində rəhbərlik etdiyi qurum tərəfindən Bakının kirayə mənzil bazarında qeydə alınan ən bahalı aylıq kirayə haqqı 5 min manat olub.

U.A.
www.oxu.az

Система OrphusMətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.