21 
Apr
2017
10:28
15
48
2613
Virtual karabakh

Mərkəzi Bankın valyuta ehtiyatlarının həcminə dair üç ssenari

21 Apr, 2017
10:28
2613

Mərkəzi Bankın valyuta ehtiyatlarının həcminə dair üç ssenari

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu il Dövlət Neft Fondundan (SOFAZ) Azərbaycan Mərkəzi Bankına 7 milyard 500 milyon manatın transfert edilməsi nəzərdə tutulub.

Oxu.Az “Marja”ya istinadən xəbər verir ki, bir neçə gün öncə Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov Fondun makroiqtisadi sabitliyin təmin olunması üçün Mərkəzi Banka 2 milyard 279 milyon manat transfert edildiyini açıqladı. 

Bu məbləğ hazırkı rəsmi məzənnə ilə təxminən 1 milyard 340 milyon dollar edir. Mərkəzi Bankın statistikasına görə, bu il bankın rəsmi valyuta ehtiyatları 458,3 milyon dollar artaraq 31.03.2017-ci il tarixinə 4 milyard 432,7 milyon dollar təşkil edib.

Əgər Neft Fondu Mərkəzi Banka 1 milyard 340 milyon dollar transfert edibsə, nə üçün valyuta ehtiyatları 458,3 milyon dollar artıb?

Sayt yazır ki, burada 3 ehtimal var. Birincisi ola bilər ki, əslində, Mərkəzi Bankın valyuta ehtiyatları 882 milyon dollar azalıb. 1 milyard 340 milyon dollar transfert bu azalmanı artıqlaması ilə bağlayıb.  

Azalma Mərkəzi Bankın hərraclarda valyuta satması ilə baş verə bilərdi. SOFAZ tərəfindən valyuta hərraclarında 2017-ci ilin yanvarda 285 milyon dollar, fevralda 258,4 milyon dollar, mart ayı ərzində isə 250 milyon dollar olmaqla cəmi 793,4 milyon dollar məbləğində vəsait satılıb.

Əgər Mərkəzi Bank da hərraclarda 882 milyon dollar satmışdırsa, bu il hərraclarda banklara satılan cəmi məbləğ 1 milyard 675,4 milyon dollar olardı. Bu məbləğ inandırıcı görünmür.

İkinci ehtimala görə, Neft Fondu Mərkəzi Banka vəsaitin xeyli hissəsini manat şəkilində transfert edib. Ötən il Neft Fondu hərraclarda dollar sataraq aldığı manatların hamısını dövlət büdcəsinə köçürtmədiyindən manatda xeyli vəsaiti mövcud idi.

3-cü ehtimala görə, Mərkəzi Bank Neft Fondundan aldığı transfertin bir hissəsini digər təşkilatlara borc verə bilər.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri