21 
Apr
2017
12:30
9
107
2455
Virtual karabakh

Kredit borcu olanlar sosial mənzil ala bilərmi? – EKSPERT

Mayın 1-dən sosial evlərin alınması üçün qeydiyyat başlayacaq. Bununla bağlı müraciətlər artır. 

Oxu.Az xəbər verir ki, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri, tanınmış iqtisadçı-ekspert Vüqar Bayramov bununla bağlı son günlər səslənən bəzi məsələlərə aydınlıq gətirib:

-  Hal-hazırda mənzil sahibi olanlar sosial ev ala bilərmi?

- Mövcud qanunvericilik mənzilə sahib olanların sosial evlərə müraciətini məhdudlaşdırmır. Bu isə o deməkdir ki, adına ev olanlar sosial mənzilə müraciət edə bilərlər.

- Kredit borcu olanlar sosial mənzil ala bilərlərmi?

- Kreditin olması sosial mənzilə müraciəti məhdudlaşdırmır. Krediti olanlar sosial mənzil ala bilərlər. Sadəcə, bu zaman aylıq kredit ödənişləri xərc olaraq müraciət edən şəxsin gəlirindən çıxılır və əgər müraciət edənin gəliri bütün öhdəlik və xərc çıxıldıqdan sonra sosial evə müraciətə imkan verirsə, o zaman bu, mümkündür.

- Müraciətlər neçə mərhələli olacaq?

Müraciət sistemi 2 mərhələli olacaq. Mayın 1-dən başlanan 1-ci mərhələdə qeydiyyat prosesi həyata keçiriləcək. Daha sonra sosial ev almaq hüququna malik olan və qeydiyyatdan keçənlər sosial ev almaq üçün müraciətə dəvət ediləcək. Məhz ikinci mərhələdə tez müraciətə daha əvvəl baxılacaq.

- Mayın 1-dək qeydiyyatdan keçmək mümkündürmü?

- Mayın 1-dək qeydiyyatdan keçmək mümkün deyil. Bununla belə, Bakıda 1, 3 və 5 saylı “ASAN xidmət”lərdə və eləcə də Sumqayıt “ASAN xidmət”də artıq sosial evlərlə bağlı bütün suallara aydınlıq gətirilir. Sosial ev almaq istəyənlər sözügedən xidmətlərə müraciət edə bilərlər.

U.A.
www.oxu.az

Система OrphusMətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.

Digər İqtisadiyyat xəbərləri