21 
Apr
2017
14:00
31
95
2606
Virtual karabakh

“PAŞA Sığorta” şirkəti “Sirli Bakı” layihəsini təqdim edib – FOTO

21 Apr, 2017
14:00
2606

“PAŞA Sığorta” şirkəti “Sirli Bakı” layihəsini təqdim edib – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“PAŞA Sığorta” şirkəti Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən beynəlxalq abidələr və tarixi yerlər günü münasibəti ilə təşkil olunmuş tədbirdə “Sirli Bakı” layihəsinin təqdimatını keçirib.

Oxu.Az xəbər verir ki, “PAŞA Sığorta”nın təşəbbüsü, “PAŞA Holdinq” və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşdırılan “Sirli Bakı” layihəsinin başlıca məqsədi paytaxt Bakıda olan tarixi abidələr barədə yerli əhali və şəhərin qonaqlarını məlumatlandıraraq onların şəhərin tarixi barədə maariflənməsinə dəstək olmaqdır.

Layihəyə əsasən, paytaxtda yerləşən tarixi obyektlər qarşısında xüsusi stendlərin quraşdırılması nəzərdə tutulub. Həmin stendlərə yaxınlaşaraq smartfon cihazlar vasitəsilə tarixi obyektlər barədə virtual şəkildə interaktiv məlumat əldə etmək mümkün olacaq.

Belə ki, bunun üçün layihə çərçivəsində “Sirli Bakı” mobil tətbiqi tərtib edilib. Tətbiqi smartfon cihazlarına yükləyərək xüsusi hazırlanmış “Artırılmış Reallıq” texnologiyası vasitəsilə smartfonun kamerasını obyektlərin yanında yerləşdirilmiş stendlərin üzərindəki markerə tərəf tutmaq gərəkir. Beləliklə, istifadəçilər həmin tətbiqdə tarixi obyektlərə dair mətn, foto, həmçinin video formatlı məlumatlar əldə edə biləcəklər.

“Bakının 46 tarixi obyekti haqqında ən maraqlı və interaktiv məlumatları özündə əks etdirəcək “Sirli Bakı” layihəsi Bakının irsini yaşatmaq, bu ecazkar şəhərin bənzərsiz tarixi xəzinəsini həm yerli əhaliyə, həm də paytaxtın əcnəbi qonaqlarına tanıtmaq üçün innovativ bir vasitədir.

İslam Həmrəyliyi Oyunları, “Formula 1” kimi beynəlxalq miqyaslı tədbirlərin mütəmadi olaraq keçirilməsi və nəticə olaraq Bakının turizm mərkəzinə çevrilməsi layihəmizin aktuallığını daha da artırır. Bu möhtəşəm layihənin ərsəyə gəlməsində bizə dəstək göstərən hər kəsə, xüsusilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dərin minnətdarlığımı bildirirəm”, - deyə “PAŞA Sığorta” ASC-nin idarə heyətinin sədri Ülviyyə Cabbarova vurğulayıb.

Tədbiqdə həmçinin tanınmış bələdçi və tarixçi Fuad Axundovun səsinin müşayiəti ilə tarixi abidələrin şəkillərindən ibarət slayd şou təqdim olunacaq. Tətbiqdən istifadəni rahatlaşdıran daha bir üstün cəhət burada cari məkandan növbəti abidəyə kimi istiqaməti/marşrutu xəritədə görmə imkanının mövcud olmasıdır.

Azərbaycan, rus və ingilis dillərində çalışan “Sirli Bakı” mobil tətbiqi həm “iOS”, həm də “Android” platformaları üçün nəzərdə tutulub. Layihə barədə ətraflı məlumat üçün: http://pasha-insurance.az/sirlibaki/indexaz.html

Qeyd edək ki, “PAŞA Sığorta” şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətidir.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri