21 
Apr
2017
18:25
21
104
1872
Virtual karabakh

Fransadakı prezident seçkiləri valyuta bazarına ciddi təsir göstərəcək

Bazar günü, aprelin 23-də Fransada keçiriləcək prezident seçkilərinin ilk turunun nəticələri qlobal valyuta bazarına ciddi təsir göstərəcək. 

Oxu.Az-ın məlumatına görə, “Report” “Goldman Sachs” investisiya bankının proqnozlarına istinadən xəbər verir ki, avrodan imtina etmək çıxışları ilə diqqəti çəkən namizəd Marin Le Pen ilk turdan keçəcəyi təqdirdə avro əsas rəqibi olan dollarla müqayisədə 2% ucuzlaşaraq məzənnənin 1,06 USD/EUR-a enməsinə səbəb ola bilər. 

Əks halda, avronun 5% möhkəmlənərək 1,13 USD-yə kimi bahalaşması ehtimal edilir.
“Citigroup”un proqnozlarına görə, prezidentliyə əsas namizəd olan Emmanuel Makronun prezident seçilməsi durumunda inkişaf etməkdə olan ölkələrin valyutalarında ciddi möhkəmlənmə baş verə bilər. 

Bankın strateji analitiklərindən Dik Villerin (Dirk Willer) hazırladığı məruzəyə əsasən, seçkilər Marin Le Penin qələbəsi ilə nəticələnərsə, Türkiyə, Çexiya, Rusiya və Polşa daxil olmaqla Mərkəzi və Şərqi Avropa, Orta Şərq və Afrikada yerləşən bir çox ölkənin milli valyutaları mənfi təsirə məruz qalacaq.

U.A.
www.oxu.az

Digər İqtisadiyyat xəbərləri