21 
Apr
2017
15:00
188
17
9455
Virtual karabakh

Məhkəmə “AccessBank”ı cərimə etdi – FOTO

21 Apr, 2017
15:00
9455

Məhkəmə “AccessBank”ı cərimə etdi – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“AccessBank” növbəti məhkəmə prosesində uduzub. 

Oxu.Az Mediainfo-ya istinadən xəbər verir ki, Yasamal rayon məhkəməsində Axundov Emin Tofiq oğlunun “Accessbank” QSC-yə qarşı iddia ərizəsinə dair qətnamə qəbul olunub. 

Hakim Rafayıl Əliyevin sədrliyi ilə keçən iclasın yekununda iddiaçının tələbi təmin olunub, adıçəkilən bank iddiaçının xeyrinə 584,08 ABŞ dolları və 30 manat məbləğində cərimə olunub. Məhkəmə qətnaməsində bildirilir:

“Accessbank” QSC-dən əsassız olaraq iddiaçıdan əldə edilmiş vəsaitin əvəzi qismində 443,61 ABŞ dolları və həmin vəsaitdən 6 il 4 ay ərzində faydalanmağa görə illik 5% dərəcəsi ilə hesablanmış faizlər qismində 140,47 ABŞ dolları, cəmi 584,08 ABŞ dolları məbləğində pul vəsaiti, habelə nümayəndəyə çəkilmiş xərcin bir hissəsinin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti Axundov Emin Tofiq oğlunun xeyrinə tutulsun”.

Xatırladaq ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 noyabr 2016-cı ildə verdiyi 17594 saylı rəyə əsasən, “Accessbank” QSC-nin Axundov Emin Tofiq oğlunun 443,61 dollar vəsaitini mənimsədiyi faktı qeydə alınmışdı.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri