21 
Apr
2017
16:36
8
100
2824
Virtual karabakh

Nazirlik sahibkarlara xəbərdarlıq edib

21 Apr, 2017
16:36
2824

Nazirlik sahibkarlara xəbərdarlıq edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2017-ci ilin may ayında Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 aprel 2017-ci il tarixli Sərəncamına əsasən, IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi idman obyektlərinin, yarış iştirakçılarının və qonaqların yerləşdirildiyi ərazilərdə xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla, istehsal, ticarət, xidmət, tikinti, iaşə, yanacaqdoldurma və s. obyektlərin təchizat işləri, məişət tullantılarının və digər yüklərin daşınması 2017-ci ilin may ayının 5-dən 25-dək saat 22:00-dan 07:00-dək həyata keçirilməlidir.

Bu barədə Oxu.Az-a İqtisadiyyat Nazirliyindən bildirilib. 

“Təchizatı gündüz saatlarında həyata keçirilməli olan obyektlərdə bu işlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən verilən xüsusi icazələr əsasında aparılacaq.

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərinə təsərrüfat fəaliyyətlərinin təşkili zamanı qeyd olunanların nəzərə alınmasını və həmin işlərin müəyyən olunmuş vaxtlarda həyata keçirilməsi üçün tədbirlər görülməsini tövsiyə edir”, - deyə nazirlikdən qeyd edilib.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri