24 
Apr
2017
11:11
3
101
2105
Virtual karabakh

Neft Fondu məzənnə fərqindən nə qədər qazandı?

24 Apr, 2017
11:11
2105

Neft Fondu məzənnə fərqindən nə qədər qazandı?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2017-ci ilin I rübündə valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Dövlət Neft Fondunun (SOFAZ) büdcədənkənar xərci 873,9 milyon manat təşkil edib.

Oxu.Az xəbər verir ki, bu barədə Fins.az-a Fonddan məlumat verilib.

Bildirilib ki, 2017-ci il aprelin 1-ə Fondun aktivləri 2017-ci ilin əvvəlinə nisbətən 0,18% artaraq 33 mlrd. 207,2 milyon ABŞ dolları olub.

Qeyd edək ki, ilin əvvəlində bu rəqəm 33 mlrd. 147 milyon ABŞ dolları olub. 

Sözügedən artıma ilk növbədə investisiya portfelinin tərkib valyutalarının, əsasən avro, rus rublu, ingilis funt sterlinqinin məzənnə dəyişikliyi fərqi müsbət təsir edib. 

Eyni zamanda, aktivlərin dəyərinin yüksəlməsinə, xüsusilə, səhm və qızıl portfellərinin artması əhəmiyyətli təsir göstərib.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri