24 
Apr
2017
11:22
4
94
2571
Virtual karabakh

Birləşən banklarda pulu olan əmanətçilərin nəzərinə

24 Apr, 2017
11:22
2571

Birləşən banklarda pulu olan əmanətçilərin nəzərinə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əmanətlərin Sığortalanması Fondu ictimaiyyətin diqqətinə çatdırır ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 27.9-cu maddəsinə əsasən, iştirakçı banklar birləşmə və ya qoşulma şəklində yenidən təşkil olunduqda əmanətçinin varis banka keçmiş hər bir əmanətinə müqavilə müddəti qurtaranadək ayrıca əmanət kimi baxılır və ayrı-ayrılıqda kompensasiya ödənilir.

Bu barədə Oxu.Az-a Fonddan bildirilib.

“Misal olaraq qeyd edək ki, əmanətçinin Fonda üzv olan “AAA” və “XXX” bankının hər birində 20 min manat məbləğində qorunan əmanəti var və əmanət müqavilələrinin müddəti iki ildən sonra başa çatır. 

Əmanət müqavilələrinin qüvvədə olduğu vaxtda “AAA” bankı “XXX” bankına qoşulmaqla ləğv edilir. Qoşulmadan 6 ay sonra isə “XXX” bankında sığorta hadisəsi baş verir. 

Bu halda Fond tərəfindən əmanətçiyə 40 min manat məbləğində kompensasiya ödəniləcək.

Qeyd edilən misal, əmanətlərin tam sığortalanmaması halı üçün əhəmiyyətlidir. Belə ki, əmanət qorunan əmanət kateqoriyasına aid edildiyi halda hazırda qüvvədə olan “Əmanətlərin tam sığortalanması” haqqında Qanunun 5.1-ci maddəsinin tələblərinə uyğun olaraq tam məbləğdə kompensasiya olunduğu üçün “Əmanətlərin Sığortalanması Fondunun iştirakçı banklarında sığorta hadisəsi baş verdikdə tam sığortalanmış əmanət üzrə kompensasiya əmanətin 100 faizi həcmində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nəzərdə tutulan şərt tətbiq edilmədən ödənilir.

Misal olaraq, əmanətçinin Fonda üzv olan “AAA” və “XXX” bankının hər birində 100 min manat məbləğində qorunan əmanəti var. “AAA” bankı “XXX” bankına qoşulmaqla ləğv edilir.

“Əmanətlərin tam sığortalanması” haqqında Qanunun qüvvədə olma müddəti ərzində “XXX” bankında sığorta hadisəsi baş verir. 

Bu halda Fond tərəfindən əmanətçiyə hər bir əmanət müqaviləsi üzrə 100 min manat olmaqla ümumilikdə 200 min manat məbləğində kompensasiya ödəniləcək”, - Fondun məlumatında deyilir.

Xatırladaq ki, aprelin 18-də “AtaBank” və “CDB Bank” səhmdarlarının ümumi yığıncaqlarının qərarlarına əsasən, “CDB Bank” ASC-nin yenidən təşkil şəklində ləğv edilərək “AtaBank” ASC-yə qoşulur. 

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri