24 
Apr
2017
14:03
16
218
1578
Virtual karabakh

Azərbaycana 1,3 milyard dollardan çox borc verilib

24 Apr, 2017
14:03
1578

Azərbaycana 1,3 milyard dollardan çox borc verilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Asiya İnkişaf Bankı (Asian Development Bank, ADB) 2016-cı ildə Azərbaycana 4 layihənin maliyyələşdirilməsi üçün 1 mlrd. 325 mln. dollar məbləğində kredit ayırıb.

Oxu.Az-ın məlumatına görə, APA “Interfax” agentliyinə istinadən xəbər verir ki, qeyd edilən vəsaitin 520 mln. dolları elektrik enerjisi şəbəkəsinin genişləndirilməsinə, 75 mln. dollar su təchizatı sisteminin yaxşılaşdırılmasına, 500 mln. dollar “Şahdəniz-2” layihəsinə, 500 mln. dollar isə ölkədəki iqtisadi artımı dəstəkləmək üçün ayrılıb.

Qeyd edək ki, bu məbləğə “Cənub Qaz Dəhlizi” QSC-yə ayrılan 500 mln. dollarlıq vəsait daxil deyil.

2016-cı ilin dekabrın 31-nə ADB-nin Azərbaycanın özəl sektoru ilə bağlı kredit portfeli 373,6 mln. dollar təşkil edir.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri