24 
Apr
2017
15:55
162
39
2451
Virtual karabakh

Deputat: Banklar valyutadəyişmə məntəqəsinə çevrilib

24 Apr, 2017
15:55
2451

Deputat: Banklar valyutadəyişmə məntəqəsinə çevrilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Daşınar əmlakın yüklülüyü haqqında” qanun həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə mövcuddur. Lakin MDB-də belə bir qanun Özbəkistandan başqa heç bir ölkədə tətbiq edilmir. 

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri millət vəkili Əli Məsimli “Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. 

“Azərbaycanın bank sistemində olan problemlər, faiz dərəcələrinin yüksək olması insanların vəziyyətini daha da ağırlaşdırıb. Problemli kreditlərimizin sayı kifayət qədərdir. 

Bu baxımdan sözügedən qanun layihəsi əgər bu məsələlərin həllinə yönələcəksə, onu qəbul etmək olar. Bu gün banklar valyutadəyişmə məntəqəsinə çevrilib.

İndiyədək insanların ev, mülk, torpaq, avtomobilləri əlindən alınırdısa, belə çıxır ki, indi də ev əşyaları, xalça, palazları əllərindən alınacaq ki, bu da çox ağır nəticələrə gətirib çıxaracaq. 

Buna görə də, aidiyyəti qurumlar bu məsələni nəzərə almalıdır. Bu baxımdan məsələyə yanaşdıqda onun konsepsiyası kifayət qədər aydın olsa da, mətn anlaşıqlı deyil”, - deyə deputat qeyd edib. 

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri