24 
Apr
2017
17:01
169
33
4034
Virtual karabakh

Rusiyada dolların məzənnəsi bu ilin minimumuna düşüb

24 Apr, 2017
17:01
4034

Rusiyada dolların məzənnəsi bu ilin minimumuna düşüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moskva Banklararası Valyuta Birjasında bu gün aparılan əməliyyatlar zamanı ABŞ dolları bu ilin əvvəlindən ən aşağı həddə düşüb.

Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, məzənnə 55,78 rubl/dollar həddinə enib, avronun məzənnəsi isə 7 qəpiklik bahalaşmadan sonra 60,64 rubla yüksəlib. 

Xatırladaq ki, bundan əvvəl Rusiyada Amerika valyutasının məzənnəsi ilə bağlı 2017-ci ilin minimumu aprelin 5-də qeydə alınıb (55,8 rubl/dollar). Sonuncu dəfə Rusiyada dolları bu qiymətə 2015-ci il iyulun 3-də (55,4 rubl/dollar) almaq mümkün olub. 

London əmtəə birjasında Brent markalı neftin qiyməti iyun ayı üçün bağlanmış müqavilələr üzrə 0,95% artaraq 52,46 dollar/barelə çatıb.

N.О.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri